Nazirlikdən pensiyaçılara - XƏBƏRDARLIQ
0
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya, pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə yayılan məlumatlara münasibət bildirib.
"Kommersant.az"ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı öz sosial hesabında qeyd edib ki, həmin şəxslərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır: "Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər.
Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür".
Digər xəbərlər
26.11.2024
İqtisadiyyat
Azərbaycanda e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı gözlənilir
0
0
26.11.2024
İqtisadiyyat
Milli Məclisdə müəllimlərin maaşlarının artırılması ilə bağlı təklif verildi
0
0
26.11.2024
İqtisadiyyat
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 11 % artırıb
0
0
25.11.2024
İqtisadiyyat
Gələn il transfertsiz büdcə gəlirləri 23,8 milyard manat proqnozlaşdırılır
0
0