USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Yeni il yolkası Azadlıq meydanında quraşdırıla bilməyəcək

17.12.2019 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı əlaqədar olaraq hazırlıq tədbirləri davam etdirilir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Report agentliyinin sorğusuna cavab olaraq BŞİH-dən bildirilib.

Qeyd edilib ki, hazırlıq işləri çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub və paytaxt ərazisində bayram əhval-ruhiyyəsi yaradılıb: "Əlavə olaraq rayon ərazilərində bayram əhval-ruhiyyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinə tərəfimizdən müvafiq tövsiyələr verilib. Bu il Azadlıq meydanında "Formula 1" yarışlarının konstruksiyalarının mövcudluğuna görə Şam ağacı qurulması mümkün olmadı. Amma Neftçilər prospekti boyunca və Azneft dairəsində dekorasiya işləri tamamlanmaq üzrədir. Yeniliklər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Yeni il yolkaları paytaxtın mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda quraşdırılacaq.

  • Əvvəlki

    “Bəzi yerləri qəsdən yandırırlar” - Kəmaləddin Heydərov, VİDEO

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0