USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kartla işləyən sərnişin avtobuslarının sayı 500-ə çatıb

18.12.2019 İqtisadiyyat
0 0
Hazırda Bakıda 500 sərnişin avtobusunda ödəniş nağdsız (kartla) həyata keçirilir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qurum həmçinin bəyan edib ki, 2019-cu ildə paytaxtda sərnişindaşıma üçün 371 yeni avtobus alınıb, 200 avtobus əsaslı təmir olunub, 124 yeni dayanacaq pavilyonu quraşdırılıb, 8 avtobus parkı (qaraj) istifadəyə verilib, 10 marşrut xətti optimallaşdırılıb.