USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük Komitəsindən xarici ticarət iştirakçılarına - XƏBƏRDARLIQ

18.12.2019 İqtisadiyyat
0 0
Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət iştirakçılarına xəbərdarlıq edib.

“Kommersant.az”ın məlumatına görə, xarici ticarət iştirakçıları 30 dekabr 2019-cu il tarixinədək Xarici Ticarət İştirakçısının şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu, xarici ticarət iştirakçılarının onlara məxsus mallarının özləri tərəfindən (broker xidmətindən istifadə etmədən) gömrük orqanlarına bəyan edə bilmələri, həmçinin digər elektron gömrük xidmətlərindən istifadə edə bilmələri üçündür.

Qeyd olunan sənədlər təqdim edilmədiyi təqdirdə şəxsin elektron gömrük xidmətlərindən istifadə hüququ dayandırılacaq.