Zahir Əzəmət imzatoplama kampaniyasına başladı - Abşerondan iddialı namizəd

13.12.2019
İqtisadiyyat
0
0
Tanınmış yazar, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) növbədənkənar parlament seçkilərində iştirak edəcək.
"Kommersant.az" xəbər verir ki, baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.
Bu barədə Zahir Əzəmət özü məlumat verib: "Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq komandamızın böyük hissəsini də formalaşdırmışıq. Maraqlı və aktiv seçki kampaniyamız olacaq. İndidən bu dairədən namizədliyini irəli sürən digər namizədlərə də uğur arzulayıram. Dairədə aktiv və sivil bir seçki marafonu təşkil edə bilmək üçün bütün namizədlərlə ortaq mövzularda əməkdaşlıq qurmağa çalışacağıq".
Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0