Facebook Messenger tətbiqi bildiyiniz kimi sadəcə telefon nömrəsi ilə qeydiyyat olaraq da işlətmək mümkün olan bir platforma idi.
"Kommersant.az" xəbər verir ki, istifadəçilər Facebook hesabı açmadan Messenger-də qeydiyyat ola bilirdilər. Lakin şirkətin aldığı yeni qərara əsasən bu artıq mümkün olmayacaq. Bəzi istifadəçilər tərəfindən aşkarlanan bu yeni qərar bir çox insanın şikayət etməsinə səbəb oldu.
Facebook bu qərarı təsdiqlədi. Facebook hesabı olmadan artıq Messenger işlətmək olmayacaq.