USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hesablama Palatası "Kommersant"ı təbrik etdi

05.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Hesablama Palatası "Kommersant.Az" kollektivini, portalın fəaliyyətə başlaması münasibətilə təbrik edib

"Kommersant" xəbər verir ki, Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova portalın kollektivinə təbrik məktubu ünvanlayıb. Təbrik mətnini təqdim edirik:

"Yeni iqtisadiyyat yönümlü xəbər portalının fəaliyyətə başlaması münasibətilə "Kommersant.Az" kollektivini ürəkdən təbrik edirəm. Azərbaycan məkaninda, xüsusilə elektron kütləvi informasiya vasitələrinin bolluğunda yaradılmış yeni portala uğurlar arzulayıram.

İqtisadi arayış və proqnozların tərtibi və təhlili sizlərdən yalnız jurnalist kimi deyil, iqtisadi sahədə də dərin bilik tələb edir. Kənar maliyyə-büdcə nəzarəti – ali dövlət auditi, ümumiyyətlə, iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlərlə daim ünsiyyətdə olan biri kimi bu sahədə peşəkar yazılara necə ehtiyac olduğunu bilirəm. Kifayət qədər peşəkar komandası olan "Kommersant"ın bu işin öhdəsindən gələcəyinə inanıram.

Yeni işiniz uğurlu-xeyirli olsun."