USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentdən imkansız ailələrə - ŞAD XƏBƏR, VİDEO

14.01.2020 İqtisadiyyat
0 0
"Ünvanlı sosial yardımla bağlı işlər nə yerdədir, mən keçən il sizə göstəriş vermişdim ki, bu vəsaiti, yardımı alan ailələrin sayı artırılsın və meyarlara da yenidən baxılsın. Çünki bəzi hallarda çox sərt meyarlar qoyulubdur. Bu, ədalətli olmalıdır".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar sosial sahədə böyük islahatlar aparılır, o cümlədən ünvanlı yardımın verilməsində:

"Çünki əvvəlki illərdə ehtiyacı olmayanlar hansısa təmənna qarşılığında bunu alırdılar. İndi isə vəziyyət sağlamlaşır, elektron xidmətlər göstərilir, amma, eyni zamanda, insan amili də çox önəmlidir".

  • Əvvəlki

    İlham Əliyevdən məmurlara növbəti xəbərdarlıq - “İcra orqanları vicdansızcasına...”

Digər xəbərlər