2019-cu il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 7,7% artaraq 33 302,82 mln. ABŞ dolları təşkil edib.
"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycan xarici ölkələrə 19 635,58 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 13 667,24 mln. dollar olub. Nəticədə 5 968,34 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25%-dən çox azalıb, ixrac 0,9%, idxal isə 19,2% artıb.