Əksər biznes subyektləri bəzən nəinki gördükləri işlər və hesabatları barədə, hətta qazandıqları uğurlar haqqında da məlumat verməkdən çəkinirlər.
İstənilən informasiya predmeti isə hər bir halda mediaya sızır və bu məlumat hər KİV-in öz informasiya siyasətinə uyğun şəkildə təqdim olunur. Belə olan halda isə şirkətin imici təhlükə ilə üzləşir.
"Kommersant" mediadan gizlənən iş adamlarına biznes tarixinə istinadən tövsiyə xarakterli hadisələri təqdim edir.
2015-ci ildə "Forbes" jurnalı 30 yaşlı Elizabet Holmusun iqtisadi vəziyyətini 4,5 milyard dollar həcmində qiymətləndirmişdi. O, Silikon Vadisinin parlayan ulduzu, rəhbərlik etdiyi "Theranos" şirkəti isə ən çox tələb olunan investisiya obyektlərindən idi.
2016-cı ildə isə Holmusun payı dəyişməsə də, şirkətin vəziyyəti 0,8 milyard dollaradək gerilədi. Nəticədə o, payının 50%-dən məhrum oldu.
Bütün bu proseslər "Forbes" jurnalındakı materialdan sonra yaranmış enişin digər media qurumlarında fərqli şəkildə yayımlanması ilə başladı. Şirkət uzun bir müddət bu media materiallarına laqeyd yanaşdı və iqtisadi vəziyyəti getdikcə daha da pisləşdi. Və nəticə göstərdi ki, mediaya diqqətsiz yanaşma, mətbuata açıqlama verməkdən qaçmaq heç də uğurlu deyilmiş.
Nəhayət Holmus mediaya cavab verməyi qərarlaşdırdı. Təbii ki, yazılan məlumatları inkar edərək, şirkətdə hər şeyin öz qaydasında getdiyini, iqtisadi vəziyyətlərinin qənaətbəxş olduğunu açıqladı. Amma artıq gec idi. Bu taktika çətinliklər yaşayan "Theranos"u nəinki xilas edə bilmədi, eyni zamanda Holmus kimi gənc və perspektivli sahibkarın karyerasını tamamilə məhv etdi.
Bütün startaplar anlamalıdırlar ki, biznes imicini başlanğıcdan qorumaq lazımdır. Çünki bu onlar üçün yeni qurulan şirkətdə nüfuzun idarə edilməsini öyrənməkdən daha vacibdir.