Ağstafa İcra Hakimiyyətin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
O bildirib ki, bu məsələlərə qədər Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub:
"Ramal Quliyevin müraciəti əsasında baş Prokurorun müaviq əmri ilə tutduğu vəzifədən azad olunub".