“Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının ikinci yolu 2020-ci ilin yayında istismara veriləcək.”
"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, artıq işlərin böyük hissəsi görülüb: "Qarşımızda tapşırıq kimi qoyulub ki, "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda işlər marta qədər yekunlaşsın.Təxminən yay aylarında isə ikinci xəttin istifadəyə verilməsi nəzərdə tutulub".