USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

YAP ödənişsiz efir vaxtından imtina etdi

17.01.2020 İqtisadiyyat
0 0
Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir.

"Kommersant.az" xəbər verir ki, YAP bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır.

O cümlədən dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.