USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bibiheybət yolunun ikinci zolağı açılıb

21.01.2020 İqtisadiyyat
0 0
Bibiheybət yolunun ikinci zolağı da açılıb.

"Kommersant.az" xəbər verir ki, artıq bir neçə gündür yol ikitərəfli şəkildə fəaliyyət göstərir. İkinci zolağın açılması ilə Salyan şossesinə çıxış, Bibiheybət məscidinə və "Dərya" restoranına gediş bərpa olunub. Doğrudur, hələlik bəzi məhdudiyyətlər var. Lakin yaxın günlərdə yol tam olaraq istifadəyə veriləcək.

Xatırladaq ki, sözügedən yolda ötən il noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.