USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakılı milyarder xanımın sərvəti dünya gündəmində

21.01.2020 İqtisadiyyat
0 0
Anqolanın sabiq prezidenti Eduardo dos Santosun qızı haqqında mətbuata sızan bilgilər ciddi gərginlik yaradıb.

"Kommersant.az" musavat.com-a istinadən xəbər verir ki, İzabel dos Santos Afrikanın ən zəngin qadını sayılır.

Mətbuata sızdırılan məlumatlarda İzabel və əri Sindika Dokolun dövlət hesabına zəngin olmaları qeyd olunur. Məlumatlara görə, bu barədə 700-ə yaxın sənəd yayılıb.

Anqola Afrikanın neft və almaz kimi yeraltı sərvətlərlə zəngin ölkələrindən biridir. Bu ölkə telekommunikasiya sənayesi və daşınmaz əmlak üçün də cəlbedici investisiya bölgələrindən biridir.

İzabel dos Santos, həyat yoldaşı Sindika Dokolo ilə birlikdə atasının prezident olduğu dövrdə onun səlahiyyətlərindən istifadə edərək, "şübhəli sövdələşmələr və investisiyalar" etməkdə günahlandırılır.

İzabel dos Santos iddiaları rədd edərək, bunu siyasi oyun adlandırıb. O, bu prosesi Anqolanın indiki idarəçiləri tərəfindən "cadugər ovu" adlandırıb. "Luanda sızıntıları" adı verilən bilgilər 37 media qrupu tərəfindən araşdırılıb.

İzabel Santos Anqolada haqqında aparılan korrupsiya araşdırmalarına görə uzun müddətdir ki, Londonda yaşayır.

İzabel dos Santos kimdir?

Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun böyük qızıdır.

Konqolu iş adamı və kolleksiyaçı Sindika Dokolo ilə evlidir.

İngiltərədə oxuyub və bu ölkədə yaşayır.

Afrikanın ən varlı qadını sayılır.

Onun təxmini sərvəti 2 milyard dollar civarındadır.

Əsasən Anqola və Portuqaliyadakı bəzi banklarda, neft və telekommunikasiya şirkətlərində səhmlərə sahibdir.

Yayılan sənədlərə görə, atasının prezidentliyi dövründə 2016-cı ildə şirkət rəhbəri təyin olunan İzabel Santos vəzifə müddətində və vəzifəsindən getdikdən sonra Dubayda yerləşən məsləhət şirkətinə 58 milyon dollar ödəyib. Bu ödənişlərin edildiyi "Matter Business Solutions" şirkətinin sahibi və meneceri İzabel Santosun yaxın dostu olduğu məlum olub. Əldə edilən sənədlərdə İzabel Santosun işdən çıxarıldığı gün də yüz minlərlə dolları sözügedən şirkətə ödədiyi göstərir.

İzabel Santosun "Galp" şirkətində də 830 milyon dollar səhmlərinin olduğu açıqlanıb.

İzabel Santosun almaz sənayesində də qaranlıq işlərlə məşğul olduğu açıqlanıb.

Sənədlərə görə, İ.Santosun həyat yoldaşı Sindika Dokolo, 2012-ci ildə Anqolanın almaz şirkəti "Sodiam" ilə birtərəfli müqavilə imzalayıb.

Bu razılaşmaya görə, hər iki tərəf İsveçrənin lüks zərgərlik şirkəti "Grisogono"dakı paylarında 50 faiz ortaq olmalıdır.

Ancaq şirkət dövlət tərəfindən maliyyələşdirilirdi. Sənədlərdən aydın olub ki, "Sodiam" şirkəti bu müqavilə üçün 79 milyon dollar, Dokolo isə cəmi 4 milyon dollar xərcləyib. Ayrıca sabiq prezidentin öz kürəkəninə almaz satışı ilə bağlı xüsusi imtiyazlar verdiyi də qeyd olunur.

İzabel Santosun dənizkənarı bir layihəsi üçün 500 ailə evlərindən çıxarılıb və hazırda kanalizasiya sistemlərinə yaxın olan bir ərazidə yaşamağa məcbur qalıblar.

Sonda onu da qeyd edək ki, 2018-ci ildə İzabel dos Santosun 1973-cü ildə Bakıda dünyaya gəlməsi haqqında məlumatlar yayılmışdı. İzabel dos Santos, Anqolanın sabiq prezidenti Jise Eduardi dos Santosun bakılı Tatyana Kukanova ilə nikahından olan ilk övladıdır. Anqolanın sabiq prezidenti vaxtilə Azərbaycan Neft Akademiyasının məzunu olub. 2018-ci ildə "Forbes" jurnalı İzabel Dos Santosu Afrikanın ilk milyarder qadını elan etmişdi.

  • Əvvəlki

    Dəmir Yolundan şikayət: “Qatarda otura bilmirik”

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0