USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BNA: "33 nömrəli marşrutla bağlı daşıyıcı şirkətə son xəbərdarlıq olunub"

30.01.2020 İqtisadiyyat
1 0
Axsam 20:30-dan sonra 33 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar işləmir.

Bu barədə həmin maşurutun daimi sərnişinləri məlumat verib.

Sərnişinlərin sözlərinə görə, artıq uzun müddətdir ki, eyni vəziyyətlə qarşılaşırlar:

"Hər gün belədir, vəziyyət dəyişmir. Gecə saatlarında evə getmək üçün avtobus tapmaq olmur. Axşam olan kimi 33 nömrəli avtobus xəttən çıxır. Elə adamlar var ki, axşam saat 21.00-da işdən çıxır. Məcburiyyət qarşısında qalan sərnişinlər evə taksi ilə gedirlər. Axı elələri var ki, buna imkanları yoxdur. Hər gün taksiyə verdiyimiz pula evimizə çörək apararıq. Bu nə vaxta kimi belə davam edəcək".

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bununla bağlı artıq daşıyıcı şirkətə xəbərdarlıq edilib:

"Daşıyıcı şirkətin rəhbərliyi çağırılıb və izahat tələb olunub. İddia olunan çatışmazlığın aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Həmçinin son xəbərdarlıq olunub".

  • Əvvəlki

    Vilayət Eyvazovdan - YENİ TƏYİNAT

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0