USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Starbucks" Çindəki 2000 şöbəsini bağladı

30.01.2020 İqtisadiyyat
0 0
Dünyaca məşhur "Starbucks" qəhvə şirkəti koronavirus epidemiyası səbəbindən Çində fəaliyyət göstərən 2000 şöbəsini bağlayıb.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, şirkət işçilərini qorumaq və hökumətin epidemiyanı nəzarət almasına dəstək olmaq üçün bu addımı atıb. "Starbucks"ın baş direktoru Kevin Conson şirkətin çox dinamik mərhələdən keçdiyini deyib. Bildirib ki, "Starbucks" birinci rübdə gözləniləndən daha yaxşı performans nümayiş etdirdiyindən illik mənfəət proqnozlarını yenidən nəzərdən keçirməyi düşünürdülər. Lakin virus səbəbindən bu qərardan imtina edilib.

Çində 4300-ə yaxın şöbəsi fəaliyyət göstərən məşhur qəhvə şirkəti getdikcə genişlənən epidemiyanın maliyyə performansına təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. Çin "Starbucks"ın ABŞ-dan kənardakı ən böyük satış bazarıdır. Belə ki, şirkətin qlobal satışlarının 10 faizi buranın payına düşür. Bu səbəbdən də Çin bazarı "Starbucks"ın böyümə hədəflərinin lokomativi hesab edilir.

Qeyd edək ki, şirkət burada ilk şöbəsini 1999-cu ildə açıb.

Xatırladaq ki, hazırda koronavirusdan ölənlərin sayı 132-yə çatıb, epidemiyaya yoluxanların sayı isə 6000-ə yaxınlaşır.

  • Əvvəlki

    BNA: "33 nömrəli marşrutla bağlı daşıyıcı şirkətə son xəbərdarlıq olunub"

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0