USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident: “İcbari tibbi sığorta sisteminin üstünlüklərini görürük”

05.06.2018 İqtisadiyyat
0 0
“Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik”. “İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanıb. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük”.

"Kommersant"ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə söyləyib.

Dövlət başçısı deyib ki, səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik: "Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik. İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir".