USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi əməkdaşından Mikayıl Cabbarova müraciət

31.01.2020 İqtisadiyyat
0 0
Ötən gün mətbuatda Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin bir qrup əməkdaşının işdən çıxarılması barədə məlumat dərc olunub.

"Kommersant.az"ın verdiyi xəbərə görə, məlumatda qeyd olunurdu ki, qurumun 20-dən çox vergi əməkdaşı işlərində yol verdikləri nöqsanlara görə işdən azad edilib.

Redaksiyamızla əlaqə saxlayan həmin işçilərdən biri - xanım əməkdaş məlumatda yanlışlığa yol verildiyini bildirib:

"Şəxsən mən uzun illər vergi qurumunda qüsursuz xidmət göstərmişəm. Nəticələrim həmişə yüksək olub, heç bir inzibati tənbehim belə olmayıb. Sadəcə məni aparılan ixtisarlarla bağlı sərəncama göndəriblər. İnanırıq ki, cənab Prezident İlham Əliyevin islahat kursunu dəstəkləyən nazir Mikayıl Cabbarov bu məsələni öz diqqət və nəzarətində saxlayacaq, tez bir zamanda bilik və təcrübəmi nəzərə alaraq, məni daha yaxşı işlə təmin edəcək".

  • Əvvəlki

    ÜST bəyanat yaydı - 18 ölkədə koronavirus aşkarlanıb

Digər xəbərlər