USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət qurumları üçün yeni proqram təminatı hazırlayan şirkət ləğv edilib

06.06.2018 İqtisadiyyat
0 0
“InfoSpace” MMC-nin ümumi yığıncağı 17 aprel 2018-ci il tarixində hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.

"Kommersant" xəbər verir ki, rəsmi mətbuatda dərc olunan məlumata görə, kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46, m 13 ünvanına bildirə bilərlər.

"InfoSpace" bir sıra dövlət qurumlarının sifarişi ilə televiziya və radio yayımı üçün yeni proqram təminatı hazırlayıb. Şirkətin müşətriləri arasında "Teleradio" İB və Dövlət Radiotezliklər İdarəsi də var.