USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda 10 min ədəd qoruyucu tumbalar quraşdırılır

06.06.2018 İqtisadiyyat
0 0
Bakının mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, birinci mərhələdə 10 min ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılır.

"Qoruyucu tumbalar avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacaq. Tikinti-quraşdırma işlərinə iyunun 1-dən başlanılıb və nümunə üçün Bülbül prospektində 50 ədəd tumba quraşdırılıb",- məlumatda qeyd edilib.