USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin elan etdi: "Koronavirus əleyhinə peyvəndi tapdıq"

25.02.2020 İqtisadiyyat
0 0
Çinin Rusiyadakı səfiri Çjan Xanxuey ölkəsinin koronavirusa tezliklə qalib gələcəyinə və Çinin əksər regionlarında normal həyatın fevralın sonunadək bərpa olunacağına əmindir.

"Kommersant.az" xəbər verir ki, səfirin sözlərinə görə, epidemiyanın mərkəzi olan Uhanda isə insanlar normal həyata mart ayında qayıda biləcəklər. O, jurnalistlərə müsahibəsində bildirib ki, Çində orqanizmdə əvvəlcədən immunitet formalaşdıran peyvənd üzərində iş başa çatır. Peyvəndin ilkin sınaqları yaxşı nəticələr verib.

Diplomatın sözlərinə görə, Çin təbabəti koronavirusun müalicəsinə 85 faiz nail ola bilib. Hazırda Çində hər gün 2 min xəstə sağalaraq adi həyata qayıdır. Ötən dövr ərzində Çində koronavirusdan 2595 adam ölüb, 24 min 539 xəstə isə sağalıb.