USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfirlikdən Türkiyə-Naxçıvan sərhədinin bağlanmasına - MÜNASİBƏT

25.02.2020 İqtisadiyyat
0 0
İranda yayılmış koronavirus səbəbindən Türkiyə ilə sərhəddə bəzi tədbirlər görülür.

"Kommersant.az" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Naxçıvandan Türkiyəyə keçiddə bəzi addımlar atılıb: "Bu addımların Naxçıvana zərər verməməsi üçün tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə təmaslar davam edir".

Qeyd edək ki, İranda koronavirusun yayılması ilə əlaqədar Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanıb.