USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxub

25.02.2020 İqtisadiyyat
0 0
İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.

"Kommersant.az" xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müşaviri Əlirza Vahabzadə rəsmi twitter səhifəsində məlumat yayıb.

Ə. Vahabzadə bildirib ki, ölkədə koronavirusa mübarizədə öndə gedən nazir müavini İrəc Hərirçinin xəstəliklə bağlı testlərinin cavabı müsbət çıxıb və o karantinə alınıb.

Bundan savayı İrəc Hərirçinin özü də sosial şəbəkələrdə videomüraciət yerləşdirərək, koronavirusa yoluxduğunu bildirib. O bildirib ki, intensiv qızdırmadan sonra analizləri verib və xəstəliyə yoluxduğu məlum olub.

Nazir müavini deyib:

"Əziz iranlılar əmin olun! sizin və dövlətin əməkdaşlığı və dəstəyilə bu koronavirusa qalıb gələcəyik"

  • Əvvəlki

    Maliyyə Monitorinqi Xidmətini bundan sonra bu şəxslər idarə edəcək - PREZİDENTDƏN FƏRMAN

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0