Bu gün norveçli deputatlar məktəb və universitetlərdə, o cümlədən miqrantlara təlim sessiyaları zamanı üzlərini bağlayacaq geyimdən istifadə etməyi qadağan edən qanunun lehinə səs veriblər.
"Kommersant" Fins.az-a istinadən bildirir ki, məlumatı Norveç Təhsil Nazirliyi yayıb.
Qanun 2018-ci ilin avqustundan qüvvəyə minəcək.
Qadağa məktəbli, tələbə və müəllimlərə şamil olunacaq. Bununla yanaşı, qadağa fasilə və digər vəziyyətlərə aid deyil.