USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranın vitse-prezidenti da koronavirusa yoluxdu

27.02.2020 İqtisadiyyat
0 0
İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

"Kommersant.az" xəbər verir ki, onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb.

M.Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.

Report