Azərbaycana koronavirusun daha çox keçmə ehtimalı olan İran ilə sərhəddə xüsusi rejim davam etməkdədir.
"Yeni Sabah" xəbər verir ki, AZTV-nin Astaradan hazırladığı süjetdə İrandan yük maşınlarının keçidindən, dezinfeksiya tədbirlərindən, profilaktik işlərdən söhbət açılıb.
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının rəis müavini Bəxtiyar Musayev ictimaiyyəti narahat edən suallara aydınlıq gətirib.