USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orqan transplantasiyası aparılan insanların sayı açıqlandı - 30 faizi uşaqlardır

03.03.2020 İqtisadiyyat
0 0
İndiyədək Azərbaycanda 807 orqan transplantasiya əməliyyatı icra edilib. Onların 612-si böyrək,195-i qaraciyər köçürülməsidir.

Bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, böyrək transplantasiyası edilmiş xəstələrin sayının qaraciyər köçürülən xəstələrin sayından çox olmasının bir neçə səbəbi var. Bunun birinci səbəbi donor problemidir:

"Təəssüf hissi ilə qeyd edim ki, biz hazırda yalnız canlı donordan xəstəyə orqan köçürə bilirik. Beyin ölümü keçirmiş insanın, meyitlərin orqanlarından hələ ki, istifadə edə bilmirik. Amma inanıram ki, bu məsələ də öz həllini tapacaq. Digər problem donorların psixologiyası ilə bağlıdır. Qaraciyər çatışmazlığı olan xəstə üçün donorun qaraciyərinin bir hissəsi götürülür. Donor ola biləcək insanlar bu əməliyyatı etdirməkdən bir qədər çəkinirlər. Böyrək transplantasiyasında isə donor xəstəyə iki böyrəyindən birini verir. Ona görə də donorlar bunu daha rahat əməliyyat sayır".

M.Kazımi qeyd edib ki, Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələrin dəqiq sayı yoxdur: "Lakin onu bilirəm ki, transplantasiyaya ehtiyacı olan xəstələrin sayı bütün dünyada artmaqdadır.Çünki tibbi müayinələrin inkişafı, ətraf mühitin çirklənməsi əməliyyata ehtiyacı olan xəstələrin sayını artırır".

Transplantoloq qeyd edib ki, uşaq orqanizmi böyüməkdə olan orqanizm olduğundan bütün dünyada orqan köçürülməsi sırasında ən çətin əməliyyatlar pediatrik, yəni uşaqlar arasında keçirilən əməliyyatlardır. Azərbaycanda uşaqlar üzərində də orqan transplantasiyası həyata keçirildiyini söyləyən M.Kazımi əlavə edib ki, indiyə qədər Azərbaycandakı orqan transplantasiyası əməliyyatlarının təxminən 30 faizi uşaqların üzərində icra edilib.

M.Kazımi onu da vurğulayıb ki, Azərbaycanda orqan transplantasiyasına yeni başlanan ilk illərdə ölkəmizdə belə əməliyyatlar az icra edilirdi. Çünki insanların buna tələbatı olduğu halda inam və etibarı zəif idi. Bu səbəbdən də xəstələrin əksəriyyəti orqan köçürülməsi üçün xarici ölkələrə gedirdilər:

"Lakin illər keçdikcə Azərbaycandan, eyni zamanda qonşu ölkələrdən bizə əməliyyat üçün müraciət etməyə başladılar və orqan köçürülməsi əməliyyatları üçün xaricə gedənlərin sayı kəskin şəkildə azalmağa başladı. İlk dövrlərdə əməliyyat etdiyimiz şəxslərin 60 -70 faizi xaricdə əməliyyat qərarı verilmiş, lakin bizim haqqımızda eşidərək geri qayıdan xəstələr idi".

  • Əvvəlki

    Azərbaycan-İran sərhədində son vəziyyət - VİDEO

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0