USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Devalvasiya nəticəsində manat 15 faiz ucuzlaşa bilər - PROQNOZ

03.03.2020 İqtisadiyyat
0 0
“Azərbaycan manatı neftin kağız formasıdır, inzibati qaydada tənzimlənir. Hökumət də bunu gizlətmir”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Bu ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan hesablanıb. Bu isə neftin qiyməti 55 dollardan aşağıdır. Burada zaman önəmli rol oynayır. Düşünmürəm ki, hökumət və Mərkəzi Bank devalvasiya ilə bağlı indi qərar verə bilər. Məncə, gözləmə mövqeyi tutacaq. Əgər neftin qiyməti 50 dollardan da aşağı düşərsə və bu, uzun müddət davam edərsə, məcburən devalvasiya ilə bağlı addımlar atılacaq. Hökumət və Mərkəzi Bank 2015-ci ildə səhv addım atıb, uzun müddət dirəndi, devalvasiya ilə bağlı qərar qəbul etmədi, nəticədə Mərkəzi Bankın 10 milyard dollara yaxın rezervi əridi, devalvasiyanın da qarşısını ala bilmədilər. Manatın məzənnəsinin necə olması neftin qiymətindən asılıdır. May ayına qədər bu proses davam edərsə, hökumət məcburən manatı 10-15 faiz ucuzlaşdıracaq. Çünki rezervlərin yenidən xərclənməsi ağılsız qərar olar” – N.Cəfərli qeyd edib.