USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusa görə ilk edam qərarı verildi

03.03.2020 İqtisadiyyat
0 0
Çinin cənubunda koronavirus epidemiyası ilə mübarizədə vəzifəli olan iki şəxsi öldürən adama edam cəzası verilib.

"Kommersant.az" xəbər verir ki, hadisə Yunnan əyalətində baş verib. Belə ki, COVID-19-un yayılmasının qarşısını almağa yönəlmiş işlər zamanı bağlanan bir yoldan maşını ilə iznsiz keçməyə çalışan Ma Çenqo ona mane olmaq istəyən Li Gomin və Canq Quikunu bıçaqlayıb.

Onların hər ikisi hadisə zamanı ölüb.

Bununla bağlı olaraq məhkəmədə Ma Çenqoya ölüm hökmü çıxarılıb.

Oxu.az