USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda 23 deputatda koronavirus aşkarlanıb

03.03.2020 İqtisadiyyat
0 0
İranda koronavirusdan daha 12 nəfər ölüb, 523 yeni yoluxma halı müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə İranın Səhiyyə nazirinin müavini Əli Reza Rəisi Tehranda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyə kimi koronavirus şübhəsi ilə xəstəxanalara 7280 nəfər müraciət edib, 4312 nəfərdən isə analiz götürülüb:

"Koronavirus diaqnozu qoyulan 291 nəfər sağalaraq evlərinə buraxılıb. Ən çox yoluxma halı Tehran, Qum şəhərlərində və Gilan əyalətində qeydə alınıb".

Konfransda İran parlamentinin 23 deputatının koronavirusa yoluxduğu bildirilib.

Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusdan 66 nəfər ölüb. Yoluxanların sayı isə 1501 nəfərə çatıb.