USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Uşaqlarınızı ticarət mərkəzlərinə aparmayın" - Nazirlik müraciət yaydı

03.03.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə bağlı valideynlərə müraciət edib.

"Kommersant.az" nazirliyin telegram səhifəsinə istinadən məlumat verir ki, valideynlərdən təhsil müəssisələrində tədris dayandırıldığı müddətdə (3-9 mart) bir sıra tövsiyələri nəzərə almaqları xahiş olunub.

Tövsiyələr aşağıdakılardır:

1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın, hərarətiniz olarsa və ya tənəffüs zamanı çətinlik çəkərsinizsə, dərhal həkimə müraciət edin);

2. Övladlarınızı insanların toplaşdığı qapalı məkanlara (ticarət və əyləncə mərkəzləri, şənlik, mərasimlər və s.), hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə aparmayın.

3. Övladlarınıza keçirilmiş dərsləri təkrar etməyə və tapşırıqlar yerinə yetirməyə şərait yaradın. Bu məqsədlə Təhsil Nazirliyinin müxtəlif elektron resurslarından istifadə edə bilərsiniz (e-derslik.edu.az, e-resurs.edu.az, trims.edu.az, video.edu.az və s.).

4. Məsələ ilə bağlı Təhsil Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarını mütəmadi olaraq izləyin.

  • Əvvəlki

    İranlı deputatlar koronavirusa yoluxub

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0