Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Kommersant.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti yayıb.
Məlumata görə, Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında əsas müzakirə mövzusu Suriyanın İdlib əyalətindəki yaranmış gərginlik olub.
Tərəflər həmçinin Liviyada döyüşlərə son qoyulmasının vacib olduğunu bildiriblər. Telefon danışığında 5 mart görüşünün məhsuldar keçəcəyi ümid edilib.