USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Twitter" işçilərinin ofisə gəlməsini qadağan etdi

04.03.2020 İqtisadiyyat
0 0
"Twitter" mikrobloqlar xidməti koronavirus epidemiyası səbəbindən işçilərinin ofisə gəlməsini qadağan edərək onları evdən işləmək rejiminə keçirib. Bu barədə şirkətin açıqlamasında bildirilir.

"Kommersant.az" xəbər verir ki, Honkonq, Yaponiya və Cənubi Koreyadan olan işçilər verilmiş tapşırıqları evdən yerinə yetirəcəklər, indi "Twitter" rəhbərliyi bu vəziyyətdən çıxış üçün bir sistem qurmağa çalışır. Digər ölkələrdə çalışan işçilərin ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmaq vacib deyilsə, evdən işləmək daha məqsədəuyğundur.

Ofisdə olması vacib olan əməkdaşların təhlükəsizliyi üçün bütün otaqlarda təmizlik və dezinfeksiya işləri aparılır.

Şirkətin bu siyasəti dərhal qüvvəyə minir və "COVID-19" epidemiyasına qarşı əlçatan və təsirli peyvənd çıxarılanadək qüvvədə olacaq. /"ICTnews"

  • Əvvəlki

    Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0