USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus Kamyunun “Vəba”sının satışını 4 dəfə artırdı - STATİSTİKA

04.03.2020 İqtisadiyyat
0 0
Yeni növ koronavirusun yayılması Alber Kamyunun "Vəba" romanının satışına güclü təsir edib.

"Kommersant.az" xəbər verir ki, Fransada kitab satışını müşahidə edən "Edistat" statistika portalının verdiyi məlumata görə, Kamyunun romanı ilin əvvəlində 2019-cu ildəkindən daha çoxa satlmağa başlayıb. 2020-ci ilin yanvar ayının sonunda alıcılar 1700 nüsxə kitab alıblar. "360" televiziya kanalının verdiyi məlumata görə, 2019-cu ildə həmin romanın 450 nüsxəsi satılıb.

Yerli mediaya görə, tez-tez müəyyən kitabların satışındakı artım ölkədəki hadisələrdən asılı olur. Beləliklə, 2015-ci ilin noyabrında Parisdə baş verən terror hadisələrindən sonra fransızlar daha çox Ernest Heminqueyin "Həmişə səninlə olan bayran" kitabını almağa başlayıblar. Bu əsər Fransa sakinləri üçün bir növ "nikbinlik simvolu" halına gəlib.

İtaliyada isə romanın satışı üç dəfə artıb və ibs.it onlayn kitab mağazasında "Vəba" satışda altıncı yeri tutub.

Qeyd edək ki, "Vəba" romanı Əlcəzairin Oran şəhərində baş vermiş vəba epidemiyası haqqında təxəyyül məhsulu olan bir əhvalatdan bəhs edir. Müəllif sakinlərin bu şəraitdə necə yaşadıqlarını göstərir.

  • Əvvəlki

    İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0