Almaniyada yeni növ koronavirusa yoluxanların təsdiqlənmiş sayı 196 nəfərə çatıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat verib.
İnstitut bundan əvvəl 188 virus daşıyıcısını qeydə almışdı.
Ölkədə virusa yoluxanların ən çox olduğu bölgə əvvəlki kimi Şimali Reyn – Vestfaliyadır (103), ondan sonra Bavariya (37), Baden-Vürtemberq (28) və Qessen (12) gəlir.
Paytaxt Berlində isə 3 yoluxma halına rast gəlinib.