USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft və qazdan gəlirimiz 138 milyard dolları keçdi

07.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Dövlət Neft Fondu 01 iyun 2018-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və "Şahdəniz" üzrə əldə etdiyi gəlirləri açıqlayıb.

Fonddan "Kommersant"a daxil olmuş məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 132 milyard 271 milyon ABŞ dolları təşkil edib.

01.01.2018 - 01.06.2018 tarixində isə AÇG yatağından 3 milyard 785 milyon ABŞ dolları gəlir əldə edilib.

2007-ci ildən etibarən "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər 2 milyard 506 milyon ABŞ dolları təşkil edib.