Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüş keçirəcək.
"Kommersant.az"-ın xəbərinə görə, bu, bu gün Avropa İttifaqı Şurasının yaydığı məlumatda əksini tapıb.
R. T. Ərdoğan martın 9-da Ursula von der Leyen və Şarl Mişel ilə görüşdə Avropa İttifaqı və Türkiyə münasibətlərini və Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcək.