USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir prezident karantinə alındı

09.03.2020 İqtisadiyyat
0 0
Portuqaliya Prezidenti Marselu Rebelu di Soza karantinə alınıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilir ki, prezident koronavirusa yoluxmayıb, bu qərarı ehtiyat tədbiri kimi qəbul edib. Onun qarşıdakı 2 həftə üçün planlaşdırılmış bütün ictimai tədbirləri təxirə salınıb.

Bu həftə Portuqaliyanın Prezident sarayını ziyarət edən məktəblilərdə koronavirus tapılmışdı. Portuqaliyada koronavirusa yoluxanların sayı 25-dir.

Xatırladaq ki, Monqolustan prezidenti Xaltmaa Battulqa da karantindədir.