USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada nazir koronavirusa yoluxdu

10.03.2020 İqtisadiyyat
0 0
Fransanın daha bir rəsmi şəxsi koronavirusa yoluxub.

"Kommersant.az"ın Fransa bürosu xəbər verir ki, ölkənin Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.

Məlumata görə, hazırda nazirin vəziyyəti sabitdir.

Fransada son gün daha 286 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 1 412-yə çatıb.

Məlumata görə, yeni infeksiyaya yoluxanlardan 25-i ölüb. Qeyd edilir ki, koronavirusa yoluxanlardan 66-nın vəziyyəti ağırdır.

Xatırladaq ki, Fransa parlamentinin 5 deputatında da koronavirus aşkar edilib.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.