Buzovna qəsəbəsində yerləşən Cabayev adlı hamam tarixə qovuşmaq üzrədir.
"Kommersant.az"-ın xəbərinə görə, 1902-ci ildə inşa edilən tarixi hamam baxımsızlıqdan öz fəaliyyətini dayandırıb.
Şərq memarlığı üslubunda tikilmiş hamam hazırda zibilliyi xatırladır. Hazırda qapısı olmayan hamamı zibilliyə çevirməsinlər deyə, qapı yerini taxta parçaları ilə bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib.