USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti ilə bağlı - AÇIQLAMA

10.03.2020 İqtisadiyyat
0 0
Son 12 ildə dünya neft birjaları 2 dəfə kəskin şəkildə çalxalanmışdı - 2009-cu ildə, 2015-2016-cı illərdə. Bu 3-cü oldu.

Əvvəlki hər 2 halda da neft indiki kimi 30 dollara qədər ucuzlaşmışdı.

Son 3 qiymət enişi prosesini bir-birindən fərqləndirən, eləcə də oxşar cəhətləri var.

2008-ci il qlobal maliyyə böhranını real sektorun böhranına keçməyə imkan vermədilər. Doğrudur, 2009-cu cu ildə qlobal iqtisadiyyat 1.6% azaldı, bunun hesabına neftə qlobal tələbat da 1% ətrafında ixtisar oldu. Lakin aparıcı mərkəzi bankların misli görünməmiş səviyyədə pul inyeksiyası maliyyə böhranını səngitməklə onun real sektora təsirlərini zərərsizləşdirə bildilər. O zaman həm avro məkanında, həm də ABŞ-da uçot dərəcələri kifayət qədər yüksəki idi (3-5% intervalında), balansları optimal səviyyədə idi və genişmiqyaslı pul çapı üçün manevr imkanı vardı. Bunun nəticəsidir ki, ABŞ qısa müddətdə (4-5 il ərzində) uçot dərəcəsini 0.5%-ə qədər çəkə, çap maşınını işə salmaqla öz balansını 700 mlrd. dollatrdan 4.2 trln. dollara qədər artıra bildi.

Nəticə aparıcı iqtisadiyyatlarda kəskin monetar genişlənmə ipoteka ilə başlayan maliyyə böhranının qarşısını almağa imkan verdi. Bu arada başqa bir hadisə də baş verdi - qərb mütəffiqləri İrana sanksiya tətbiq etdi, onu neft bazarından çıxardılar, elə həmin ərəfədə Yaxın Şərqdə qanlı inqilablar, Liviyaya hərbi müdaxilə başladı. Bütün bunlar hamısı neftin qiymətinin qısa müddətdə yenidən 100 dollar ətrafında qərarlaşmasına gətirib çıxardı.

Lakin 2014-də Rusiyanın Krımı işğal etməsi, 2015-də İranla razılaşma və sanksiyalaırn yumşaldılması neft bazarının yenidən çökməsilə nəticələndi. Həmin vaxt qlobal iqtisadiyyat neftin qiyməti üçün əlverişli idi - 2015-də neftə gündəlik tələbat 1.5 mln. barrel, 2016-da isə 1.2 mln. barrel artmışdı. Əlavə olaraq, qlobal iqtisadi artım müvafiq olaraq 2.8 və 2.5% təşkil etmişdi. Yenə həmin ərəfədə başqa qiyməti dəstəkləyici bir siyasi amil çıxdı ortaya - OPEC və Rusiya hasilatı azaltmaq hesabına qiyməti əlverişli həddə saxlamaq barədə razılığa gəldilər. Faktiki olaraq son 4 ildə neft təklifinin tələbi üstələməsinə baxmayarq bu razılaşma neftin qiymətini 55-65 dollar intervalında saxlamağa imkan verdi.

İndiki şəraiti əvvəlkilərdən fərqləndirən və onlara oxşadan hansı cəhətlərdir?

Bu dəfə qlobal iqtisadiyyatda böhran real sektordan başlayır -koronavirusun təklifi boğması hesabına. Real sektorun problemi tələbdən qaynaqlansa idi, vəziyyət daha əlverişli olardı. Çünki fiskal və monetar alətlərlə tələbi dəstəkləməklə iqtisadi artıma daha qısa zaman kəsiyində və effektiv təsir etmək mümkün olur.

Artıq Beynəlxalq Energetika Agentliyi bəyan edib ki, 2020-ci ildə neftə gündəlik tələbatın 1.1 mln. barrel azalması realdlır. Qlobal iqtisadi artım tempinin kəskin səzifləməsi və 2019-cu ildəki 3.2%-dən 1.8%-ə qədər düşməsi proqnozlaşdırılır.

Mərkəzi bankların uçot dərəcələri və çap maşını ilə manevr imkanları demək olar ki, tükənib - ehtiyat güllələrdən maksimum istifadə edilib.

Nefti yalnız qlobal iqtisadiyyatın durumu xilas edəcək - ona da virus göz açdırsa...

Rövşən Ağayev

İqtisadçı ekspert

  • Əvvəlki

    Bakıdakı 118 yaşlı hamam məhv olur - VİDEO

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0