"Kommersant.az" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, qeyd edib ki, neftin qiymətinin aşağı enməsi avtomobil bazarına təsirsiz ötüşməyəcək:
"Bir az təhlükəli tendensiya yaranıb. Amma bunun uzun müddətli olmasını gözləmirəm. Belə proseslər baş verəndə Gömrük Komitəsi rüsumları artırmaqla vəziyyətdən çıxmağa çalışır. Dolların qiyməti qalxarsa, bütün sahələr kimi bu, avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Avtomobillərin bahalaşması qaçılmazdır. Onsuz da ildən-ilə avtomobil bazarında bahalaşma baş verir".
Elməddin Muradlı qeyd edib ki, Gömrük Komitəsi fəaliyyəti 7-8 ildən aşağı olan avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün qərar qəbul edib:
"Bu qərar qəbul olunsa, avtomobillərin qiymətinə təsir göstərəcək. Amma hələ ki, rüsumlar artırılmayıb, dollarım qiymətində artım yoxdur".