USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağciyər İnstitutunda iki nəfər ölüb

11.03.2020 İqtisadiyyat
0 0
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb.

"Kommersant.az" xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.

Xəstələrdən biri - 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə "hər iki ağciyərin pnevmoniyası" diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da "kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli ağır gedişli pnevmoniyadan" diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib.

Digər xəstə isə 1999-cu il təvəllüdlü olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə "ağciyər vərəmi, şəkərli diabet I tip" diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, "kəskin ağciyər-ürək çatmamazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə, şəkərli diabet I tip, ağır forma" diaqnozu ilə xəstənin ötən gün saat 21:05-də bioloji ölümü qeydə alınıb.

Ölüm hadisələrini Oxu.Az-a ETACXİ-dən təsdiqləyiblər.

Bildirilib ki, ölüm hadisələri ilə bağlı ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.

  • Əvvəlki

    Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı vacib xəbər

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0