USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Mərkəzi Bankı faizi kəskin artırdı - LİRƏ BAHALAŞIR

07.06.2018 İqtisadiyyat
0 0
Türkiyə Mərkəzi Bankı (TCMB) əsas pul siyasəti faizini 125 bənd artıraraq 17.75%-ə qaldırdı.

"Kommersant" xəbər verir ki, iqtisadçılar faizin 50 bənd qaldırılacağını gözləyirdilər.

Qərardan sonra Dollar 4,45 Türk lirəysinə düşüb. Lirə Dollar qarşısında 2 faiz də dəyər qazanıb (Saat 15:05-ə olan məlumat).

Bankın açıqlamasında deyilir:

"Son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdə tarazlanma meylinə işarə edir. Xarici tələb gücünü qoruyur, daxili tələbat daha mülayim davam etməkdədir. Tələb vəziyyətlərindəki mülayim görünüşə baxmayaraq, inflyasiya risk yaratmağa davam edir. Bu çərçivədə İdarə Heyəti, qiymət sabitliyini dəstəkləmək məqsədilə sərt pul siyasətinin gücləndirilməsinə qərar vermişdir".

Mərkəz Bank bəyan edib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir: "İnflyasiya mənzərəsində aydın bir şəkildə yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir".

İnflyasiyaya təsir edən digər proseslər də izlənəcək və lazım olması halında pul siyasəti daha da sərtləşdiriləcəkdir.

Qeyd edək ki, ötən ay Dollar/TL məzənnəsi 4.90 səviyyəsini keçmişdi. Mərkəzi Bank Mayın 23-də növbədənkənar iclasla GLP faizini 300 bənd artımla 13.5%-dən 16.5%-ə yüksəltmişdi.