USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa iqtisadiyyatı artıb

07.06.2018 İqtisadiyyat
0 0
Avropa Statistika Ofisinin (Eurostat) bu gün açıqladığı məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində Ümumi Daxili Məhsul (ÜDM), ilin ilk 3 aylıq dövründə əvvəlki 3 aylıq dövrə nisbətən 0,4 faiz artıb. Avro Bölgəsində Ümumi Daxili Məhsulun artımı 2017-nin ilk rübü ilə müqayisədə isə 2,5% olaraq qeyd edilib.

Göstəricilər, 28 üzvlü Avropa Birliyində (AB) isə ÜDM-in ilin ilk rübündə əvvəlki rübə nisbətən 0,4 faiz və 2017-nin ilk rübünə nisbətən 2,4 faiz artdığını ortaya qoyub.

ƏN YÜKSƏK ARTIM LATVİYADA OLUB

AB üzvü olan ölkələr arasında birinci rübdə ÜDM bir əvvəlki rüblə müqayisədə ən yüksək artım 1,6 faiz ilə Latviya və Rumıniyada, 1,2 faiz ilə Macarıstan və Finlandiyada qeydə alınıb.

Həmin dövrdə Birləşmiş Krallıq 0,1%, Almaniya 0,3%, Fransa 0,2%, İspaniya 0,7%, İtaliya 0,3%, Yunanıstan 0,8% artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ən çox artım 5,1% ilə Latviyada ölçülüb. Sözügedən dövrdə, Almaniya 2,3%, İtaliya 1,4%, Fransa 2,2%, İspaniya 3%, Birləşmiş Krallıq 1,2 faiz və Yunanıstan 2,3 faiz artıb.