USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşdən çıxarılan icra başçısı: “Nahara getmişdim, qayıdanda dedilər ki...”

07.06.2018 İqtisadiyyat
0 0
Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması haqda xəbəri şərh edərkən deyib ki, sərəncam haqda ona elə indi məlumat veriblər:

"Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər".

Qeyd edək ki, bu gün prezident İlham Əliyev daha bir rayonun icra hakimiyyəti başçısının işdən azad edilməsinə dair sərəncam verib. Prezidentin rəsmi saytında dərc edilmiş sərəncama əsasən Tovuz rayon İcra Hakimiyyətinin basmışı Tofiq Zeynalov vəzifədən azad olunub. Prezidentin digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.