USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il 189 azərbaycanlı Türkiyədə ev alıb - Rəsmi

16.03.2020 İqtisadiyyat
0 0
Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb.

"Kommersant.az" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin fevral ayı ilə müqayisədə 15 mənzil və ya 14,3% azdır.

Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycanın 189 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 11 mənzil və ya 5,5% azdır.

Qeyd edək ki, ümumilikdə fevral ayında 4 048 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-cu ilin eyni ayı ilə müqayisədə 691 ədəd və 20,6% çoxdur.

Bu ilin yanvar-fevral aylarında Türkiyədə 7 993 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin iki ayı ilə müqayisədə 1 436 ədəd və ya 21,9% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İran siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin fevral ayında iranlılar Türkiyədə 721, bu ilin 2 ayında isə ümumilikdə 1 399 mənzil əldə ediblər.

Siyahıda sonrakı yeri İraq tutur. Bu ölkənin vətəndaşları avqustda 691, 2020-ci ilin yanvar-fevral ayları ərzində isə 1 430 mənzil satın alıblar.

İlk üçlüyü isə rusliyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 282 mənzil, bu ilin iki ayı ərzində isə 536 mənzil əldə ediblər.

İndex.az

  • Əvvəlki

    Bu qurum da fəaliyyətini məhdudlaşdırdı

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0