USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO gəmiləri nədən Krım yaxınlığında kəşfiyyat apara bilmir - MƏNBƏ

17.03.2020 İqtisadiyyat
0 0
Krıma yaxınlaşan NATO gəmiləri sahil radio-elektron müharibə (REM) vasitələrinin əksikliyi üzündən kəşfiyyat əməliyyatları keçirə bilmir.

"Kommersant.az" xəbər verir ki, bu barədə bölgənin güc strukturlarındakı mənbə məlumat verib. Mənbə həmçinin Qara dənizdəki kəşfiyyatın rabitə və rəqəmsal şəbəkələrə nüfuz etmək cəhdindən başqa bir şey olmadığını da bildirib. Lakin radio-elektron müharibə vasitələrinin hərəkəti səbəbindən NATO gəmiləri geri dönərək bölgəni tərk edirlər.

REM vasitələri gəmilərdə naviqasiya parametrlərini pozur, bunun da nəticəsində naviqasiya qurğuları yanlış məlumatlar göstərir. Buna görə də gəmilər öz istiqamətini itirirlər.

Qeyd edək ki, son illərdə NATO donanması Qara dənizdə daha tez-tez görünməyə başlayıb. Rusiya Müdafiə Nazirliyi dəfələrlə Qərb ölkələrini, ilk növbədə ABŞ-ı kəşfiyyat əməliyyatlarından imtina etməyə çağırıb. Lakin NATO Rusiyanın müraciətlərinə məhəl qoyulmayıb.