USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı investorlardan xaricə 22 milyard dollar sərmayə

07.06.2018 İqtisadiyyat
0 0
2017-ci ildə Azərbaycana xarici investisiyaların həcmi 36,3% azalaraq 2 mlrd. 867 mln. dollar təşkil edib.

Bu, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfrasının (UNCTAD) hazırladığı "Dünya İnvestisiya Hesabatı 2018" adlı sənəddə qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il xaricdən investisiyalar əsasən neft-qaz sektoruna yönəlib ki, bu da bütün investisiyaların 73%-ni təşkil edir. "Azərbaycandan xaricə birbaşa investisiyanın həcmi isə 2016-cı illə müqayisədə 0,4 azalaraq 2 mlrd. 564 mln. dollar olub. "Ümumilikdə ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri 22,059 milyard dollara, xarici investorların Azərbaycandakı investisiyalarının dəyəri isə 29,551 milyard dollara bərabər olub," – deyə hesabatda qeyd olunub.

APA